17 noyabr 2026 01:06
93

Lənkəranda qaz xətti zədələnib, bir sıra kəndlər qazsız qalıb

Lənkəran rayonunun bir sıra kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Qeyd olunur ki, rayonun məişət tullantıları poliqonunda aparılan qazıntı işləri zamanı qaz xəttinin zədələnməsi və yanğınla nəticələnən sızmanın baş verməsi ilə əlaqədar 16.11.2026-cı ildə saat 23:45 radələrindən etibarən Lənkəran rayonunun Girdəni, Göyşaban, Ürgə kəndlərinin və Liman şəhərinin N.Ağayev küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.

"Report"