03 aprel 2026 15:17
119

Azərbaycan və Türkiyə süni intellekt sahəsində əməkdaşlığı nəzərdən keçirib

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov Türkiyə Prezidentinin İnvestisiya və Maliyyə Ofisinin nümayəndələri, eləcə də Türkiyənin maliyyə və bank sektorunda təmsil olunan nüfuzlu şirkətlərin rəhbər şəxsləri ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirliyindən məlumat verilib.

Məlumata görə, görüş zamanı rəqəmsallaşma, süni intellekt və innovativ maliyyələşmə sahəsində Azərbaycanda görülmüş işlər barədə məlumat verilib, gələcək əməkdaşlıq imkanları müzakirə olunub.