“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının Daşkəsən Elektrik Şəbəkəsi üzrə ərazi partiya təşkilatında yığıncaq keçirilib.
“İki sahil” xəbər verir ki, yığıncaqda YAP Daşkəsən rayon təşkilatının sədr müavini Elşən Alıyev, aparatın məsləhətçisi Sərdar Xıdırov, Daşkəsən Elektrik Şəbəkəsi ərazi partiya təşkilatının sədri Sahib Hüseynov və digər partiya üzvləri iştirak ediblər.
Natiqlər çıxışlarında bildiriblər ki, qloballaşan dünyada şəhərsalma insan həyatının keyfiyyətinin yüksəldilməsi, ətraf mühitin qorunması və iqtisadi tərəqqinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi kurs Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə davam etdirilir. Yeni infrastruktur layihələri və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri bu sahədə əldə olunan nailiyyətlərin bariz nümunəsidir.