01 aprel 2026 16:22
98

ADRA-nın tərəfdaşlığı ilə Bakıda “Torpaq Əlimdə, Bahar Ürəyimdə” xeyriyyə yarmarkası keçirilir

Nargis Fund tərəfindən təşkil olunan ənənəvi “Torpaq Əlimdə, Bahar Ürəyimdə” xeyriyyə yarmarkası hazırda Fəvvarələr Meydanı ərazisində keçirilir və 13 aprel 2026-cı ilədək davam edir. “İki sahil” xəbər verir ki, “Bee Happy” konsepti ilə təşkil olunan yarmarka bahar ab-havası, rəngarəng dekorlar və tematik zonalarla ziyarətçilərə bayram əhvalı bəxş edir. Ərazidə qurulan dekorativ evlər, restoranlar, foto və oyun zonalarında qonaqlar müxtəlif yeməklər dadır, əyləncələrdə iştirak edir və suvenirlər əldə edirlər.
    Tədbir xeyriyyə məqsədi daşıyır — toplanan vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə yönəldilir. Yarmarka hər gün saat 11:00-dan 23:00-dək açıqdır və giriş ödənişsizdir.