01 aprel 2026 14:53
125

Suqovuşanda mina partlayıb, xəsarət alan var

Ağdərə rayonu ərazisində mina partlayışı hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, hadisə rayonun Suqovuşan kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini Məhərrəmov Mahir Abdullah oğlu qulançar yığan zaman piyada əleyhinə minaya düşüb.

Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.