01 aprel 2026 12:24
210

Şəhid ailələrinə diqqət və qayğı davam edir

Milli Məclisin deputatı Anar Məmmədov Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, rayonun baş axundu və qazilərlə birlikdə Kəngərli kəndində Vətən müharibəsi şəhidi Qənbərli Qənbər Bəhruz oğlunun ailəsini ziyarət ediblər.

“İki sahil” xəbər verir ki, zyarət zamanı şəhidin ailə üzvləri ilə görüş keçirilib, onların qayğı və ehtiyacları ilə yaxından maraqlanılıb

Millət vəkili və icra başçısı çıxış edərək bildiriblər ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədə Qənbər və onun kimi qəhrəman övladlarımızın müstəsna xidmətləri var. Şəhid ailələrinə və qazilərə diqqət göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Şəhidin ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Azərbaycan Ordusunun baş leytenantı Qənbər Qənbərli işğal altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda 44 günlük Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə sentyabrın 27-də şəhid olub. Uzun müddət nəşi tapılmayıb. 2021-ci il mayın 22-də nəşi tapılaraq Tərtər rayonunun Kəngərli kəndində dəfn olunub. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, o, ölümündən sonra 3 dərəcəli “Rəşadət” ordeni və “Vətən uğrunda” medalına layiq görülüb.