Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
“İki sahil” xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən 1963-cü il təvəllüdlü Zaur Hüseynovu vurub.
Ağır xəsarətlər alan 63 yaşlı piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində cinayət işi açılıb, hadisənin başvermə səbəbləri araşdırılır.