16 mart 2026 13:36
107

Ödənişli atalıq məzuniyyəti verilənlərin sayı 100-dən çoxdur

Azərbaycanda artıq 85 işəgötürən tərəfindən 100-dən çox işçiyə uşağının doğulması ilə bağlı 14 təqvim günü müddətində ödənişli atalıq məzuniyyəti verilib.

“İki sahil” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, qanunvericiliyə edilmiş yeni dəyişikliyə əsasən uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilir. “Həmin məzuniyyət uşağın doğulmasından əvvəl və sonrakı dövrləri əhatə edir. İşçiyə ödənişli atalıq məzuniyyətinin verilməsi barədə əmr işəgötürən tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) e-qaydada formalaşdırılır. Bu məqsədlə cari ilin yanvar ayında ƏMAS-da yeni funksionallıq tətbiq edilib”,- deyə məlumatda diqqətə çatdırılıb.