Astara rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
“İki sahil” xəbər verir ki, hadisə rayonun Ərçivan qəsəbəsində qeydə alınıb.
Qəza nəticəsində qaz xətti zədələnib. Bu səbəbdən rayonun beş kəndinin təbii qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Hadisə ilə əlaqədar səhər saatlarından etibarən Şuvi, Sərək, Vəzməş, Siyətük və Şuvaş kəndlərinə təbii qazın verilişi müvəqqəti dayandırılıb.