22 noyabr 2026 13:30
208

Qəza baş verib, xəsarət alanlar var

Gəncə şəhərinin Ş. İ. Xətai prospektində yol qəzası qeydə alınıb.

“İki sahil” xəbər verir ki, "Ford" və "Mercedes" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində 2010-cu il təvəllüdlü G.Məmmədova, 2012-ci il təvəllüdlü M. Əlili xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafidir.

Faktla bağlı araşdırma başlanılıb.