ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts zərurət yaranacağı təqdirdə, Pentaqonun məhdud quru əməliyyatı keçirməsi ehtimalını mümkün sayıb.
“İki sahil” xəbər verir ki, bu barədə Amerika administrasiyasının nümayəndəsi "Fox News" telekanalı ilə söhbətində bildirib.
"Əgər prezidentə (ABŞ Prezidenti Donald Trampa) məqsədyönlü, məhdud ssenarini işə salmaq lazım gələrsə, heç bir şübhəm yoxdur ki, Pentaqon onu belə bir imkanla təmin edə biləcək", - deyə Uolts vurğulayıb.
Bununla belə, daimi nümayəndə işarə edib ki, Birləşmiş Ştatların İrana qarşı mümkün hərbi əməliyyatları 2003-cü ildə İraqda baş verənlərə bənzər genişmiqyaslı müdaxiləyə çevrilməyəcək.
"Qəti olaraq Tehranda buna bənzər heç nə baş verməyəcək", - o bildirib.