22 noyabr 2026 17:13
55

ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb

ABŞ-nin Kaliforniya ştatının Tulare dairəsində əyləncə mərasimində baş verən atışma nəticəsində doqquz nəfər yaralanıb.

“İki sahil” xəbər verir ki, bu barədə yerli "ABC News KFSN" telekanalı şerif ofisinə istinadən xəbər verib.

Hadisə şənbə günü yerli vaxtla axşam Stratmor şəhərindəki özəl əyləncə mərasimində baş verib. Mərasimdə təxminən 100 nəfər iştirak edib.

İlkin məlumata görə, bütün yaralılar xəstəxanaya yerləşdirilib, onlardan ikisinin vəziyyəti ağırdır.

İstintaq aparılır və zərərçəkənlərin dəqiq sayı müəyyənləşdirilir.