22 noyabr 2026 17:44
169

Nigeriyada qayıq qəzası nəticəsində azı 24 nəfər ölüb, itkin düşənlər var

Nigeriyanın cənubunda dəfn mərasiminə gedən insanları daşıyan qayıq batıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Associated Press" agentliyi xəbər verib.

Məlumata əsasən, hadisə nəticəsində azı 24 nəfər həyatını itirib.

Bir neçə nəfərin itkin düşdüyü bildirilir, lakin onların dəqiq sayı açıqlanmayıb. Həmçinin, qayıqda ümumilikdə neçə nəfərin olduğu məlum deyil.

Məlumata görə, qayıq ölkənin cənubunda sərnişinləri daşıyarkən aşıb.

Bəzi məlumatlara əsasən, sərnişinlər qayığın sahilə yönəldilməsini istəyiblər, lakin gəmini idarə edən şəxs bundan imtina edib. O, hadisə yerindən qaçıb.