15 mart 2026 23:59
106

Exit-poll: qazaxıstanlılar yeni Konstitusiyanı dəstəkləyib

Qazaxıstan vətəndaşları 15 mart tarixində keçirilən ümumrespublika referendumunda yeni Konstitusiyanı dəstəkləyiblər.

“İki sahil” xəbər verir ki, Avrasiya İnteqrasiya İnstitutunun exit-poll məlumatlarına görə, iştirakçıların 86,7 faizi yeni Konstitusiyanın lehinə səs verib.

Səsvermə bülletenində “2026-cı il fevralın 12-də mediada dərc edilən Qazaxıstan Respublikasının yeni Konstitusiya layihəsini qəbul edirsinizmi?” sualı verilib. Cavablar: “Bəli, qəbul edirəm” və “Xeyr, qəbul etmirəm”.

Səsvermə ölkə üzrə 10 mindən çox məntəqədə keçirilib. Daha 71 məntəqə Qazaxıstanın 54 ölkədəki nümayəndəliklərində fəaliyyət göstərib. Referendum iştirakçılarının siyahısına 12 461 796 vətəndaş daxil edilib.

Referendumun müşahidəsində 38 xarici dövlətin və 11 beynəlxalq təşkilatın 359 nümayəndəsi iştirak edib.

Yeni Konstitusiya layihəsinin əsas yeniliklərinə 145 deputatdan ibarət birpalatalı Parlament (Qurultay), Vitse-prezident institutu və “Qazaxıstan Xalq Şurası” daxildir.