15 mart 2026 19:00
101

İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 850-yə çatıb

İsrail Silahlı Qüvvələrinin iki həftə ərzində endirdiyi zərbələr nəticəsində Livanda həlak olanların sayı 850 nəfərə çatıb.

“İki sahil” "Al Jazeera"ya istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin məlumatları göstərir.

"Martın 2-də, təxminən iki həftə əvvəl İsrail ölkəyə hücumlarını gücləndirəndən bəri ən azı 850 nəfər həlak olub və 2 105 nəfər yaralanıb", - məlumatda deyilir.

Daha əvvəl 91-i uşaq olmaqla, 634 nəfərin həlak olduğu bildirilirdi.