İraq iki neft tankerindən birinin partlamasından sonra Fars körfəzindəki neft limanlarını bağladığını elan edib.
“İki sahil” xəbər verir ki, bu barədə İraqın Limanlar üzrə baş direktoru Fərhan Fartusi bildirib.
O, iki neft tankerindən birinin partladığını, 31 nəfərin xilas edildiyini, itkin düşənlərin axtarışlarının davam etdiyini bildirib.
Fartusi əlavə edib ki, partlayışa görə neft limanları bağlanıb, lakin ticarət limanı əməliyyatları davam edir. O qeyd edib ki, tankerlərdən biri Malta bayrağı altında olub.
Hücumun səbəbkarları hələlik məlum deyil.
Rusiyanın Jitomirə endirdiyi zərbə nəticəsində 2 polis ölüb, 20 nəfər yaralanıb
Almaniya Çernobıl AES-in qoruyucu konstruksiyasının bərpası üçün 50 milyon avroyadək vəsait ayıracaq
İspaniya Seutadakı 500 miqrant uşağın ölkənin əsas ərazisinə köçürülməsinə icazə verəcək
NATO: Alyans ölkələri İran tərəfindən gələn istənilən təhdidə qarşı durmağa hazırdır