ABŞ Rusiyanı NATO-nun onunla qarşıdurma yaratmaq niyyətində olmadığına inandırmağa çalışır.
“İki sahil” xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, Vaşinqton Ukraynanın təhlükəsizliyinin təmin olunduğu, Avropanın daha güclü olduğu, Rusiyanın isə NATO-nun qarşıdurma axtarmadığına əmin olduğu gələcək naminə çalışır.
Kuşner, həmçinin NATO və tərəfdaşlarının Rusiyanın qonşularının suverenliyinə və təhlükəsizliyinə hörmət etməsinin vacibliyini vurğulayıb.