Rusiya Federasiyasının Dağıstan Respublikasında baş verən qəza nəticəsində 40 mindən çox sakin elektrik enerjisiz qalıb.
“İki sahil” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, elektrik kəsilməsinin səbəbi araşdırılır. İlkin məlumata görə, ümumilikdə 196 yaşayış məntəqəsi, 44 min 735 abonent elektriksiz qalıb.
Problemin aradan qaldırılması üçün mütəxəssislər briqadası iş aparır.