Rusiyadan Misirə gedən yük gəmisi Çanaqqala boğazında saya oturub.
“İki sahil” Türkiyə mediasına istinadən xəbər verir ki, Çanaqqala Sahil Təhlükəsizliyindən verilən məlumata görə, Rusiyadan Misirə səfər edən Panama bayraqlı "NATO APP" adlı yük gəmisində mühərrik nasazlığı baş verib.
189 metr uzunluğundakı gəmidə 51 min 258 ton taxıl yükü var.
Qəza xəbərdarlığı veriləndən sonra "Kurtarma-21" və KEGM-8 qayığı hadisə yerinə göndərilib.
Dalğıcların sualtı dalışından sonra xilasetmə əməliyyatına başlanacağı bildirilib.