06 mart 2026 11:51
160

İsrail-ABŞ-İran müharibəsində son vəziyyət

ABŞ–İsrail–İran müharibəsi ilə bağlı bölgədə gərgin vəziyyət yaranıb. İran tərəfi İraqın şimalındakı ABŞ hərbi bazasını, həmçinin Körfəz ölkələrinə zərbələn endirib. 

Beynəlxalq media orqanları yazır ki, İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumların ilk mərhələsinin başa çatdığını, lakin əməliyyatların daha da güclənərək davam edəcəyini bildirib. Zamir qeyd edib ki, İsrailin hələ açıqlanması nəzərdə tutulmayan başqa “sürpriz addımları” da mövcuddur.

İran Körfəz ölkələrində müxtəlif obyektlərə, o cümlədən mülki obyektlərə zərbələr endirir. Zərbələr əsasən Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn kimi ölkələrə endirilir. 

Aytən Feyzili,
BSU-nun tələbəsi