06 mart 2026 10:39
107

Tramp ABŞ-ın İrana qoşun yeritməsi imkanını nəzərdən keçirmir: Bu, vaxt itkisidir

İrana qarşı quru əməliyyatları vaxt itkisidir.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

O, hazırkı vəziyyətdə İranda quru əməliyyatları planlaşdırmadığını vurğulayıb.

“Bu, vaxt itkisidir. Onlar hər şeyi itiriblər. Donanmalarını və itirə biləcəkləri nə varsa hamısını itiriblər”, - Tramp bəyan edib.

ABŞ Prezidenti İrana zərbələrin intensivliyinin artacağını da qeyd edib.