Son 72 saat ərzində ABŞ Hərbi Hava Qüvvələri B-2 Spirit bombardmançıları da daxil olmaqla qırıcı təyyarələrlə İran ərazisinin dərinliklərində təxminən 200 hədəfi vurub.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuper mətbuat konfransında bildirib.
O, B2 bombardmançı təyyarələri üçün əsas hədəflər kimi Tehran ətrafındakı əraziləri qeyd etsə də, Amerika qırıcı təyyarələrinin hücumunun dəqiq yerini açıqlamayıb.
CENTCOM komandanı həmçinin bildirib ki, bu müddət ərzində ABŞ ordusu yerin dərinliyində gizlədilmiş ballistik raketlərə qarşı 2000 funtluq ağır bombalardan da istifadə edib.
Zelenski: Makron "Patriot" sistemləri üçün raketlərin alınmasında Ukraynaya kömək etməyə hazırdır
Gürcüstan qəzetində iki ölkə gənclərinin birgə düşərgəsindən bəhs olunan məqalə dərc edilib