05 mart 2026 10:14
94

Dubay hər dəqiqədə 1 milyon dollar itirir

Dubay Beynəlxalq Hava Limanının bağlanması səbəbindən hər dəqiqə üçün təxminən 1 milyon dollar iqtisadi itkiyə məruz qalır. 

“İki sahil” xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. 

Bu bağlanmalar aviaşirkətlərə, hava nəqliyyatına, turizmə və yerli biznesə təsirsiz ötüşməyib. Hesablamalara əsasən, hava limanının 24 saatlıq bağlanması gündə 1,44 milyard dollar itkiyə səbəb ola bilər.

Uçuşların dayandırılması yalnız Dubayla məhdudlaşmayıb. Hücumlar başlayandan bəri Dubay, Doha və Əbu-Dabi də daxil olmaqla yeddi böyük hava limanında təxminən 21.300 uçuş ləğv edilib. Bu, "Covid-19" pandemiyasından bəri regionda ən böyük məhdudiyyətlərdir.