05 mart 2026 08:54
121

Çin müdafiə xərclərini bu qədər artırır

Çin hökuməti 2026-cı ildə müdafiə xərclərini 7% artıraraq 1,909 trilyon yuana (Təxminən 277 milyard ABŞ dolları - Qeyd) çatdırmağı planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu, 14-cü Ümumxalq Xalq Nümayəndələri Konqresinin dördüncü sessiyasının ilk günündə dərc olunmuş layihədə bildirilir.

"Milli müdafiə xərcləri 7% artımla 1,909 trilyon yuan təşkil edəcək", - sənəddə deyilib.

Qeyd edək ki, Çinin hərbi xərcləri 2025-ci ildə 7,2% artaraq 245,5 milyard dollar təşkil edib.