ABŞ qüvvələri hərbi əməliyyatların başlanmasından bəri İran Hərbi Dəniz Qüvvələrinə məxsus 20-dən çox gəmini batırıb və ya zədələyib.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. Komandanlıq ABŞ qüvvələrinin İran hərbi gəmilərinə endirdiyi zərbələrin fotoşəkillərini dərc edib.
Açıqlama ABŞ-ın müdafiə naziri Pit Heqsetin çərşənbə günü ABŞ qüvvələrinin Hind okeanının beynəlxalq sularında İran gəmisini vurduğunu bildirməsindən sonra verilib.
Bundan bir gün əvvəl CENTCOM-un rəhbəri, admiral Bred Kuper ABŞ-ın demək olar ki, İran donanmasının böyük hissəsini sıradan çıxardığını qeyd etmişdi.