İsrailin Livana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 72-yə çatıb, 400-dən çox insan yaralanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi nəzdindəki fövqəladə hallar mərkəzi məlumat yayıb.
"Martın 2-dən 4-ü axşam saatlarına qədər İsrail zərbələri nəticəsində ölənlərin sayı 72-yə çatıb, 437 nəfər yaralanıb", - məlumatda bildirilib.
Daha əvvəl 52 nəfərin öldüyü bildirilirmişdi.
Xatırladaq ki, martın 2-də ABŞ və İsrail İrana və Livana yeni zərbələr endirib. Onlar Tehranın şərq, qərb və cənub rayonlarına hücum ediblər. Hədəflər ölkənin ayrı-ayrı regionlarında "Hizbullah" təşkilatının obyektləri, o cümlədən silah anbarları və digər hərbi infrastruktur obyektləri olub.
Həmin gün İsrail ordusu "Hizbullah"ın kəşfiyyat idarəsinin rəisi Hüseyn Makledin öldürüldüyünü açıqlayıb. Bildirilib ki, o, ötən gecə İsrailin Beyruta endirdiyi zərbə nəticəsində öldürülüb.
Livanın Baş naziri Nəvaf Salam bəyan edib ki, hökumət ABŞ, İsrail və İran arasında münaqişənin kəskinləşməsi fonunda öz ərazisində "Hizbullah"ın silahlı fəaliyyətinə qadağa qoyub.