04 mart 2026 23:23
84

Kerolayn Livit: İran əməliyyatının başlamasından bəri 17 mindən çox amerikalı evə qayıdıb

"Epik Qəzəb” əməliyyatının başlamasından bəri 17 min 500-dən çox amerikalı Yaxın Şərqdən təhlükəsiz şəkildə evə qayıdıb.

“İki sahil” xəbər verir ki, bu sözləri Ağ Evin mətbuat katibi Kerolayn Livit deyib. Onun sözlərinə görə, təkcə dünən 8 min 500-dən çox Amerika vətəndaşı ABŞ-a qayıdıb. O, Yaxın Şərqdə ABŞ-yə qayıtmaq istəyən vətəndaşlardan Dövlət Departamentində qeydiyyatdan keçmələrini xahiş edib.