04 mart 2026 22:27
103

İran səfiri Türkiyə XİN-ə çağırılıb

İranın Ankaradakı səfiri Məhəmməd Həsən Həbibullazadə çərşənbə günü İran ərazisindən buraxılaraq Türkiyə hava məkanından keçən ballistik raketlə bağlı Türkiyənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

“İki sahil” xəbər verir ki, İran səfirinə ölkənin cənubunda İran raketini vuran NATO-nun hava hücumundan müdafiə sisteminə məxsus sursatın qalıqlarının düşməsi ilə əlaqədar Ankaranın narazılığı və narahatlığı bildirilib.

İran ballistik raketinin vurulması məsələsi bu gün Türkiyə və İranın xarici işlər nazirləri arasında da müzakirə olunub. Hakan Fidan Abbas Əraqçiyə bildirib ki, “münaqişənin coğrafiyasını genişləndirə biləcək addımlar qəbuledilməzdir”.