27 fevral 2026 16:51
118

Şamaxıdakı zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

Şamaxıda baş verən zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

“İki sahil” xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 27.02.2026-cı il tarixində yerli vaxtla saat 15:52-də Şamaxı rayonunda 4.7 maqnituda zəlzələ qeydə alınıb.