Astara rayonunun Təngərüd kəndində iki minik avtomobilinin toqquşması nəticəsində 7 yaşlı uşaq ağır xəsarət alıb.
Hərəkətdə olan iki “VAZ-2107” markalı avtomobilin toqquşması nəticəsində nəqliyyat vasitələrindən birində olan Kijəbə qəsəbə sakini, 2019-cu il təvəllüdlü N.Əlizadə xəsarət alıb.
Azyaşlı təcili tibbi yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə çatdırılıb. Ona zəruri ilkin tibbi yardım göstərilib, qapalı kəllə-beyin travması və burun nahiyəsinin sınığı diaqnozları qoyularaq Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
AZƏRTAC