2025-ci ildə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) tərəfindən beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi istiqamətində əməkdaşlıqlar genişləndirib. İl ərzində Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin rəsmi nümayəndələri açıq məkanda reklam sahəsində dünya təcrübəsinin yaxından izlənilməsi və müvafiq sahədə qabaqcıl texnologiyaların ölkəmizdə tətbiqinə nail olunması məqsədilə bir sıra beynəlxalq tədbir, konfrans və sərgilərdə iştirak etmişlər.
Bunu ADRA-nın mətbuat katibi Hüseyn Azəri “İki sahil”ə müsahibəsində bildirib.
Müsahibimiz vurğulayıb ki, Çin Xalq Respublikası, Almaniya, İtaliya və Belarus Respubliklarına səfərlər zamanı nümayəndə heyətləri açıq məkanda reklam infrastrukturunun müasirləşdirilməsi, həmçinin reklam sahəsində innovativ həllərin tətbiqi baxımından beynəlxalq təcrübə ilə yaxından tanış olmaq imkanı qazanmış, bu istiqamətdə müvafiq görüşlər keçirmiş və gələcək perspektivləri müzakirə etmişlər. Xarici ölkələrin müvafiq qurumları ilə təcrübə mübadiləsi, beynəlxalq tədbirlərdə iştirak və müasir reklam tənzimləmə modellərinin öyrənilməsi yerli reklam bazarının beynəlxalq standartlara uyğunlaşdırılmasına xidmət etmişdir. Bu əməkdaşlıqlar innovativ yanaşmaların tətbiqini sürətləndirərək, reklam ekosisteminin inkişafına müsbət təsir göstərmişdir.
Yaqut Ağaşahqızı, “İki sahil”
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
ABŞ-ın sabiq maliyyə naziri Epşteynlə əlaqələrinə görə Harvard Universitetini TƏRK EDİR