26 fevral 2026 14:50
129

“Ağıllı reklam” konsepsiyalarının inkişafı nəzərdə tutulur - ÖZƏL

2026-cı ildə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin (ADRA) əsas strateji hədəfləri rəqəmsallaşmanın daha da dərinləşdirilməsi, xidmətlərin tam elektron müstəviyə keçirilməsi və açıq məkanda reklam sahəsində dayanıqlı idarəetmə modelinin formalaşdırılmasıdır. 

Bu fikirləri ADRA-nın mətbuat katibi Hüseyn Azəri “İki sahil”ə müsahibəsində diqqətə çatdırıb.

Müsahibimiz qeyd edib ki, süni intellekt əsaslı nəzarət mexanizmlərinin tətbiqi, şəhər mühitinə uyğun “ağıllı reklam” konsepsiyalarının inkişafı və sahibkarlar üçün daha çevik xidmət modellərinin yaradılması nəzərdə tutulur. Məqsəd reklam bazarının inkişafı ilə ictimai maraqlar arasında balansı təmin etməkdir.

Yaqut Ağaşahqızı, “İki sahil”