26 fevral 2026 14:45
145

Sosial reklamlar ictimai şüurun formalaşmasına və cəmiyyətdə sosial aktivliyin artırılmasına töhfə verir

Açıq məkanda həyata keçirilən milli və regional reklam kampaniyaları dövlət proqramları, sosial təşəbbüslər və ictimai əhəmiyyətli informasiyaların geniş auditoriyaya çatdırılmasında mühüm rol oynayır. Bu kampaniyalar vətəndaşların sosial maarifləndirilməsini gücləndirir, milli dəyərlərin və mədəni irsin təbliğinə xidmət edir və dövlətin prioritetlərinin cəmiyyət tərəfindən daha yaxşı anlaşılmasına şərait yaradır.

Bu fikirləri Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin (ADRA) mətbuat katibi Hüseyn Azəri “İki sahil”ə müsahibəsində vurğulayıb.

Hüseyn Azəri qeyd edib ki, Dövlət Reklam Agentliyi bir sıra dövlət proqramları və milli fəaliyyət planları çərçivəsində sosial reklamların yayımlanmasını təmin etməklə, bu istiqamətdə strateji rol oynayır. Bu kampaniyalar vətəndaş-dövlət kommunikasiya xəttini möhkəmləndirir, cəmiyyətin müxtəlif qrupları ilə davamlı əlaqələr qurmağa imkan verir, dövlət siyasətinin vaxtında, effektiv və geniş şəkildə çatdırılmasını təmin edir. Nəticədə, bu reklamlar təkcə məlumat ötürmə funksiyasını yerinə yetirmir, həm də ictimai şüurun formalaşmasına və cəmiyyətdə sosial aktivliyin artırılmasına töhfə verir.

Yaqut Ağaşahqızı, “İki sahil”