26 fevral 2026 13:55
127

"Açıq məkanda reklama ictimai nəzarət” platforması müraciətlərin onlayn təqdim olunmasına imkan yaradıb - Hüseyn Azəri/ÖZƏL

Vətəndaş və sahibkar məmnunluğunun artırılması 2025-ci ildə Agentliyin əsas prioritetlərindən biri olub. Bu istiqamətdə Agentliyin rəsmi internet səhifəsi yenilənib, vətəndaşlar üçün yeni rəqəmsal xidmətlər istifadəyə verilib. Xüsusilə “Açıq məkanda reklama ictimai nəzarət” platformasının yaradılması açıq məkandakı reklamlarla bağlı müraciətlərin onlayn qaydada təqdim olunmasına imkan yaradıb.

Bunu ADRA-nın mətbuat katibi Hüseyn Azəri “İki sahil”ə müsahibəsində diqqətə çatdırıb.

Qurum sözçüsü bildirib ki, müraciətlərin elektron sistem üzərindən qəbulu, icra prosesinin mərhələli şəkildə izlənilməsi və cavablandırma müddətlərinin qısaldılması xidmətlərin şəffaflığının və keyfiyyətinin əhəmiyyətli dərəcədə artırılmasını təmin edəcəkdir.

Yaqut Ağaşahqızı, “İki sahil”