Bu ilin yanvar ayında Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 658,8 min ton təşkil edib.
“İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni ayı ilə müqayisədə 165,3 min ton və ya 20 % azdır.
Məlumata əsasən, yüklərin 60,1 %-i neft yükləri olub.
Qeyd edək ki, 2026-ci ilin yanvar ayında nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin daşıdığı yüklərin həcmi 18,3 milyon ton olub. Yüklərin 3,6 %-i dəniz yolu ilə daşınıb. Hesabat dövrü ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2025-ci ilin müvafiq dövrünə nisbətən 800 nəfər və ya 29,6 % azalaraq 1,9 min nəfər olub.
"AİB 2028-ci ilə qədər Cənubi Qafqaz, Mərkəzi və Qərbi Asiyada inflyasiya proqnozlarını verib
2026-cı ilin birinci rübündə İpoteka və Kredit Zəmanət Fondunun dəstəyi ilə sahibkarlara 24,8 milyon manat kredit verilib