29 oktyabr 2026 18:36
104

Azərbaycan və Somali arasında turizm əlaqələri müzakirə edilib

Oktyabrın 29-da Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Somali Federativ Respublikasının informasiya, mədəniyyət və turizm naziri Əbdülfətah Qasım Mahmud arasında görüş keçirilib.

“İki sahil” xəbər verir ki, görüş zamanı Əbdülfətah Qasım Mahmud Somalinin turizm sahəsində Azərbaycan təcrübəsinin öyrənilməsi və ölkədə tətbiq edilməsində maraqlı olduğunu bildirib.

Somalili nazir müzakirələr zamanı turizm sektorunun sistemli formalaşdırılması, turizm məqsədli səfərlərin statistikasının aparılmasının müasir mexanizmlərinin, rəqabətqabiliyyətli turizm məhsullarının yaradılması, eləcə də ölkəsinin turizm potensialının təbliği, Somalidə turizm sənayesinin inkişafı məqsədilə zəruri infrastrukturun qurulması və bu sahəyə investisiyaların cəlb edilməsi istiqamətində Azərbaycanın qabaqcıl təcrübəsinin bölüşülməsinə dair niyyətlərini səsləndirib. Bu sahədə qarşılıqlı maraq doğuracaq layihələrin həyata keçirilməsi müzakirə edilib.

Görüşdə turizm sahəsində əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin əhəmiyyəti qeyd olunub.