Bu ilin yanvar ayında Azərbaycanda hava nəqliyyatı ilə 318,1 min sərnişin daşınıb.
“İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni ayı ilə müqayisədə 15,1 min sərnişin və ya 5 % çoxdur.
2026-cı ildə hava yolu ilə sərnişin daşımalarının 99,9 % dövlət, 0,1 % isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
Hesabat dövründə bu nəqliyyat növü ilə yükdaşıma 28,2 % və ya 9,5 min ton azalaraq 24,2 min ton olub.
Qeyd edək ki, 2026-ci ildə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin daşıdığı yüklərin həcmi 18,3 milyon ton olub. Yüklərin 0,1 %-i hava yolu ilə daşınıb.
"AİB 2028-ci ilə qədər Cənubi Qafqaz, Mərkəzi və Qərbi Asiyada inflyasiya proqnozlarını verib
2026-cı ilin birinci rübündə İpoteka və Kredit Zəmanət Fondunun dəstəyi ilə sahibkarlara 24,8 milyon manat kredit verilib