Fevralın 20-də Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Azər Məmmədrəhimov "Azera Holdinq"in nümayəndələri ilə görüşüb.
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, görüşdə nazirliyin rəhbər heyəti və tabeli qurumların əməkdaşları, həmçinin "Naxçıvan Dəmir Yolları" MMC-nin direktoru iştirak edib.
Tərəflər görüş zamanı yükdaşıma sahəsində əməkdaşlığın genişləndirilməsi və logistika xidmətlərinin təkmilləşdirilməsi imkanlarını dəyərləndiriblər. Xüsusilə Zəngəzur dəhlizinin açılması ilə əlaqədar regionda yüklərin daşınması, yeni marşrutların təşkili və birgə layihələrin həyata keçirilməsi perspektivləri diqqət mərkəzində olub.
Görüşdə gələcək əməkdaşlığın prioritetləri müzakirə edilərək regional logistik imkanlar üzrə fikir mübadiləsi aparılıb.
"AİB 2028-ci ilə qədər Cənubi Qafqaz, Mərkəzi və Qərbi Asiyada inflyasiya proqnozlarını verib
2026-cı ilin birinci rübündə İpoteka və Kredit Zəmanət Fondunun dəstəyi ilə sahibkarlara 24,8 milyon manat kredit verilib