02 dekabr 2016 14:35
366

Rusların kosmik raketi göydə partladı

Bu barədə “Roskosmos”un yaydığı məlumatında bildirilir.

Beynəlxalq Kosmik Stansiyasına göndərilən “Proqress-MS-04” kosmik yük gəmisi Rusiyanın Tuva bölgəsinin yaşayış olmayan dağlıq ərazisi üzərində 190 km hündürlükdə qəzaya uğrayıb.

“RİA Novosti”nin verdiyi məlumata görə, gəminin fraqmentlərinin əksəriyyəti atmosferdə yanıb.

Kosmik yük gəmisi Beynəlxalq Kosmik Stansiyasına (BKS) 2,5 tondan çox yük aparırmış. 

Qəzanın baş vermə səbəbləri araşdırılır.