13 yanvar 2026 11:27
90

Çin ABŞ-nin qərarını tənqid edib

Çin ABŞ-nin İranla əməkdaşlıq edən bütün ölkələrə qarşı 25 faizlik rüsumlar tətbiq etmək qərarını tənqid edib.

"İki sahil" xəbər verir ki, bu barədə Çinin Vaşinqtondakı səfirliyinin mətbuat katibi Lyu Pengyu "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

O, həmçinin qeyd edib ki, Pekin öz maraqlarını qorumaq üçün tədbirlər görəcək:

"Tarif və ticarət müharibələrinin qalibləri olmur, məcburiyyət və təzyiq problemləri həll edə bilməz. Proteksionizm bütün tərəflərin maraqlarına zərər verir. Çin hər hansı birtərəfli sanksiyalara qətiyyətlə qarşı çıxır. Rəsmi Pekin öz qanuni hüquq və maraqlarını qorumaq üçün bütün zəruri tədbirləri görəcək".

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp İranla əməkdaşlıq edən bütün ölkələrə 25 % rüsum tətbiq olunduğunu elan edib.