BMT-nin Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Filippinin sabiq prezidenti Rodriqo Dutertenin həbsdə saxlanılması barədə qərar qəbul edib.
“İki sahil” xəbər verir ki, bu barədə Məhkəmənin mətbuat xidmətinin nümayəndəsi məlumat verib.
Məhkəmə nümayəndəsinin akkreditə olunmuş jurnalistlərə açıqladığı qərara əsasən, sabiq prezident məhkəməqabağı və məhkəmə prosesi dövründə həbsdə qalmağa davam edəcək.
Xatırladaq ki, Rodriqo Duterte hakimiyyətdə olduğu dövrdə narkotiklərlə mübarizə bəhanəsi ilə törədilmiş kütləvi qətllər və insanlığa qarşı cinayətlərdө ittiham olunur.
Qazaxıstanda ölkəyə giriş icazələrinin qaydasının nə vaxt müəyyənləşdiriləcəyi açıqlanıb