Xorvatiya Silahlı Qüvvələri ABŞ-dən səkkiz ədəd HIMARS raket kompleksini və eyni sayda yeni "Black Hawk" helikopterini planlaşdırıldığından daha tez əldə edəcək.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə ölkənin baş nazirinin müavini və müdafiə naziri İvan Anuşiş bildirib.
Amerika Birləşmiş Ştatlarında səfərdə olan nazir sentyabrın 15-də ABŞ Silahlı Qüvvələrinin nümayəndələri ilə görüşdə iştirak edib.
Məlumatda bildirilir ki, ilkin plana əsasən helikopterlər və HIMARS kompleksləri Xorvatiyaya 2028-ci ilin üçüncü rübündə daxil olmalı idi, lakin indi tədarük 2027-ci ilin sonu və ya 2028-ci ilin əvvəlində baş tutacaq. Bundan əlavə, Zaqrebin HIMARS üçün uzaqmənzilli raketlərin (150 km-dək) alınması ilə bağlı müzakirələri yekun mərhələdədir.
Nazirin sözlərinə görə, Xorvatiya Hərbi Hava Qüvvələrinin sərəncamında dörd "Black Hawk" helikopteri mövcuddur, bu rəqəmə səkkiz maşın əlavə etməklə ölkə tamhüquqlu eskadrilya formalaşdıra biləcək.