16 sentyabr 2026 16:58
98

KXDR ABŞ-ın kütləvi qırğın silahı tətbiq etməyə hazırlaşdığını bəyan edib

ABŞ və Koreya Respublikası kütləvi qırğın silahı təhlükəsinə reaksiya vermək bəhanəsi ilə KXDR-ə qarşı nüvə, kimyəvi və bioloji silahlardan istifadə etməyə hazırlaşırlar.

“İki sahil” xəbər verir ki, bu qiymətləndirməni Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) yaydığı bəyanatda KXDR Müdafiə Nazirliyi təqdim edib.

"Bu, Koreya yarımadasında müharibə olacağı təqdirdə dövlətimizə qarşı nüvə, kimyəvi və bioloji silahdan istifadə etməyə və real müharibəyə hazırlığı sürətləndirməyə yönəlmiş açıq qarşıdurma elanıdır", - deyə bəyanatda bildirilir.

Bunun dərc olunmasına səbəb sentyabrın 10-da ABŞ və Koreya Respublikasının Kütləvi Qırğın Silahlarına Reaksiya Komissiyasının iclası olub. Pxenyanın məlumatına görə, tərəflər məlumat mübadiləsini inkişaf etdirmək, birgə reaksiya imkanlarını artırmaq və müvafiq təlimləri fəaləkləşdirmək barədə razılığa gəliblər.

KXDR Müdafiə Nazirliyi həmçinin diqqətə çatdırıb ki, kütləvi qırğın silahının tətbiqinə reaksiya ssenariləri ABŞ və KR-in birgə "Freedom Shield" təlimləri zamanı işlənilib. Pxenyanda hesab edirlər ki, bu, regionda belə silahlardan istifadə riskini artırır.

KXDR Müdafiə Nazirliyi xəbərdarlıq edib ki, belə əməllərə cavab olaraq dövlətin nüvə qüvvələri siyasəti haqqında qanunun nüvə silahından istifadə imkanını nəzərdə tutan müddəaları işə salına bilər.