Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov Türkiyədə bu ölkənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalınla görüşüb.
“İki sahil” xəbər verir ki, Umerov bu barədə "X"dəki səhifəsində yazıb.
Görüş zamanı tərəflər ukraynalı hərbi əsirlərin azad olunması məsələsini müzakirə ediblər.
"Biz təhlükəsizlik sahəsində vəziyyəti qiymətləndirdik, hadisələrin mümkün inkişaf ssenarilərini müzakirə etdik və danışıqlar prosesinin dinamikası, həmçinin regional şərait nəzərə alınmaqla fəaliyyətləri koordinasiya etdik. Biz həmçinin hərbi əsirlərimizin azad olunması, eləcə də Rusiya tərəfindən qanunsuz şəkildə oğurlanmış mülki şəxslərin və uşaqların geri qaytarılması məsələsini müzakirə etdik", - Umerov qeyd edib.
O vurğulayıb ki, tərəflər mövcud əməkdaşlıq formatları çərçivəsində işi davam etdirmək barədə razılığa gəliblər.