Məqsədimiz 2026-cı ili yüksək iqtisadi artımın təmin edilməsi ilə yanaşı, 2025-ci ildən daha yaxşı etməkdir.
“İki sahil” xəbər verir ki, bu sözləri Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili gələn il üçün proqnozları açıqlayarkən deyib. Onun sözlərinə görə, 2026-cı ildə əsas prioritet yeni iş yerlərinin yaradılması, yoxsulluğun azaldılması və əhalinin rifahının artırılması olaraq qalır.
Bundan əlavə, region üçün ən vacib olan Bakı-Tbilisi-Qars dəmir yolunun tamamlanması, Anakliya dərinsulu limanının fəal tikinti mərhələsinə keçirilməsi də daxil olmaqla, bir sıra tarixi layihələrə başlayacaq və davam etdirəcəyik.
"Həmçinin ölkənin enerji sektorunun daha da inkişafına böyük diqqət yetirəcəyik. Çünki bu il sektorun canlandırılmasına yönəlmiş bir sıra vacib təşəbbüsləri həyata keçirmişik”, - deyə nazir bildirib.