Ukrayna Silahlı Qüvvələrinin Rusiya Prezidentinin Novqorod vilayətindəki rezidensiyasına hücum cəhdi ilə bağlı səslənmiş bəyanat həqiqətə uyğun deyil.
“İki sahil” xəbər verir ki, bunu Ukrayna lideri öz teleqram kanalında yazıb.
"Hazırda Rusiyadan çox təhlükəli bəyanatlar səslənir, açıq şəkildə ABŞ Prezidenti Donald Trampın komandası ilə birgə sülhə yaxınlaşmaq üçün gördüyümüz işlərin nəticələrini pozmağa yönəlib. Bu anda Rusiya tərəfi guya hansısa rezidensiyaya zərbə endirilməsi barədə açıq-aşkar saxta bir hekayə uydurub. Məqsəd Ukraynaya, o cümlədən Kiyevə qarşı hücumları davam etdirmək və müharibənin başa çatması üçün zəruri addımlardan imtina üçün bəhanə qazanmaqdır", – paylaşımda qeyd olunur.