27 sentyabr 2026 23:06
73

Abbas Əraqçi: Biz özümüzə güvənirik

Tehran Vaşinqtonla diplomatiyaya ümid edir, baxmayaraq ki, hazırda ABŞ administrasiyasının hərəkətləri nəzərə alınmaqla buna qayıtmaq üçün heç bir səbəb görmür.

“İki sahil” xəbər verir ki,  bunu İranın xarici işlər naziri Abbas Əraqçi "NBC News" telekanalının efirində bildirib. "Diplomatiyaya həmişə ümid var, amma açığı, onların son iki ildəki hərəkətləri nəzərə alınmaqla diplomatiyaya qayıtmaq və bu administrasiya ilə yenidən əlaqə qurmaq üçün heç bir səbəbimiz yoxdur", - o, deyib.

Əraqçidən ABŞ Prezidenti Donald Trampa etibar edib-etmədiyi soruşulub. "Biz özümüzə güvənirik. Biz diplomatiyaya hazırıq. Eyni zamanda, müharibəyə də hazırıq", - İslam Respublikasının xarici işlər naziri cavab verib.