28 sentyabr 2026 08:20
84

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

İran nümayəndə heyəti Nyu-Yorkda ABŞ ilə yeni danışıqlar aparmağı planlaşdırmır.

“İki sahil” xəbər verir ki, bu barədə IRNA məlumatlı mənbəyə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, İran xarici işlər naziri Abbas Əraqçinin gündəliyində ABŞ tərəfi ilə yeni danışıqlar nəzərdə tutulmayıb. Nazir planlaşdırılan tədbirləri başa vurduqdan sonra çərşənbə axşamı İrana qayıdacaq.

Mənbə bildirib ki, Tehranın mövqeyi ötən həftə Qətərin vasitəçiliyi ilə Vaşinqtona çatdırılıb və İran ABŞ-dən cavab gözləyir.

ABŞ Prezidenti Donald Tramp isə İranla yeni danışıqların yaxın günlərdə keçirilə biləcəyini bildirib.