Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı başa çatıb.
“İki sahil” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolayn Leavitt X sosial şəbəkəsində məlumat verib.
“Prezident Tramp Ukrayna məsələsi ilə bağlı Prezident Putinlə müsbət telefon danışığını başa çatdırıb”, - deyə o yazıb.
Bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya lideri ilə ABŞ prezidentinin telefon danışığının ən yaxın zamanda baş tutacağını bildirmişdi.