Novqorod vilayətində yerləşən Rusiya prezidentinin dövlət iqamətgahına Ukrayna Silahlı Qüvvələrinin PUA hücumunun qarşısı Rusiya ordusunun hava hücumundan müdafiə (HHM) qüvvələri tərəfindən alınıb, PUA-lar məhv edilib.
“İki sahil” RT-yə istinadıa xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov açıqlama verib.
“Bütün pilotsuz uçuş aparatları Rusiya Federasiyası Silahlı Qüvvələrinin hava hücumundan müdafiə vasitələri ilə məhv edilib”, - deyə o bildirib.
Nazir daha əvvəl qeyd edib ki, 28 dekabrdan 29 dekabra keçən gecə Ukrayna Silahlı Qüvvələri Novqorod vilayətində yerləşən Rusiya prezidentinin iqamətgahına qarşı terror aktına cəhd edib.
Lavrov vurğulayıb ki, Kiyevin bu addımı nəzərə alınaraq, Rusiyanın danışıqlar mövqeyi yenidən nəzərdən keçiriləcək.